...

Müxalifət "üçlüyü" yeni təsisatın formalaşdırılması üçün işçi qrupu yaradır

Siyasət Materials 1 Dekabr 2011 13:22 (UTC +04:00)
Müxalifət "üçlüyü" yeni təsisatın formalaşdırılması ilə bağlı işçi qrupunun yaradılmasını qərara alıb.
Müxalifət "üçlüyü" yeni təsisatın formalaşdırılması üçün işçi qrupu yaradır

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir E. Mehdiyev/

Müxalifət "üçlüyü" yeni təsisatın formalaşdırılması ilə bağlı işçi qrupunun yaradılmasını qərara alıb.

Vətəndaş və İnkişaf Partiyasının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib.

Görüşdə ölkədəki ümumi vəziyyət və müxalifət qüvvələrinin inteqrasiya prosesi çərçivəsində KXCP, VİP və ALP-nin bir araya gəlməsi məsələsi müzakirə olunub.

Danışıqların gedişində bu üç partiyanın təmsil olunacağı təsisatın formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi və həlli məqsədi ilə ALP, KXCP və VİP təmsilçilərindən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

Qərara əsasən, sözügedən partiyalar qarşıdakı günlərdə işçi qrupunda fəaliyyət göstərəcək nümayəndələrini müəyyənləşdirib təqdim edəcəklər. KXCP, VİP və ALP sədrləri müxalifətin geniş spektrli əməkdaşlıq variantlarını da nəzərdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti