...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Baş nazirinin xanımı ilə görüşüb (FOTO)

Siyasət Materials 1 Dekabr 2011 20:46 (UTC +04:00)
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva cümə axşamı 1-də ölkənin Baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Baş nazirinin xanımı ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva cümə axşamı 1-də ölkənin Baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşüb.

Görüşdə ölkələrimizin mədəniyyət və təhsil sahələrində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib, həmçinin Azərbaycan ilə İtaliyanın ali təhsil məktəbləri arasında tələbə və müəllim-professor mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Bununla yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin İtaliyada, italyan dilinin isə ölkəmizdə daha geniş tədris olunmasının vacibliyi xüsusi vurğulanıb.

Mehriban xanım Əliyeva Elza Montini ölkəmizə səfərə dəvət edib.

Sonra İtaliyanın Baş nazirinin xanımı Heydər Əliyev Fondunun prezidentinə İtaliya hökumətinin rəsmi qəbullar evi olan Villa Panfininin tarixi və onun yerləşdiyi ərazi haqqında ətraflı məlumat verib. Elza Monti bildirib ki, 17-ci əsrin birinci yarısında inşa olunan Villa Panfini italyan memarlığının şah əsərlərindəndir. Sənət dünyasının ən qiymətli incilərinin qorunub saxlandığı bina ictimaiyyətə ilk dəfə 1972-ci ildə açılıb.

Tanışlıqdan sonra Elza Montinin adından Azərbaycanın birinci xanımının şərəfinə ziyafət verilib.

Mehriban xanım Əliyeva və Elza Monti rəsmi foto çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti