...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Çində səfərdədir

Siyasət Materials 2 Dekabr 2011 14:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Çində səfərdədir

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində səfərdədir.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, Çinin Kadrlar və Sosial Təminat Nazirliyinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti nazir müavini Yan Şiçyu ilə görüşüb.

Azərbaycan ilə kadrların idarə edilməsi ilə bağlı əməkdaşlıqdan məmunluğunu bildirən Yan Şiçyu bu sahədə ikitərəfli əlaqələrin genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Komissiyanın sədri Xəlilov Çinlə bu əməkdaşlığın iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə və yeni səviyyəyə çıxaracağına əminliyini bildirib.

Görüşdə müvafiq sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyəti Çinin Nəzarət Nazirliyində nazir müavini Yao Cenkı ilə də görüşüb.

Nazir müavini Azərbaycanın dövlət qulluğu sahəsində nəzarətin həyata keçirilməsi üzrə böyük təcrübəyə malik olduğunu və ondan faydalanmağın zəruriliyini qeyd edib.

O, bu səbəbdən Azərbaycanla daimi əməkdaşlığın yaradılması arzusunda olduğunu bildirib.

Xəlilov rəhbərlik etdiyi komissiyanın Çinin Nəzarət Nazirliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq istəyində olduğunu qeyd edib.

Azərbaycanda korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində görülən mühüm işlər barədə məlumat verən komissiya sədri bu sahədə əməkdaşlığın qurulmasının xüsusi əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətinin Çinin Dövlət Qulluğu Məsələləri üzrə Dövlət İdarəsinin rəis müavini Fu Sinquo ilə də görüşü keçirilib.
Sinquo Azərbaycanın dövlət qulluğu sahəsindəki təcrübəsinin onlar üçün faydalı olacağını bildirib.

Yüksək iqtisadi inkişaf templərinə malik olan Azərbaycanın və Çinin dövlət idarəçiliyi sahəsində yeni standartların tətbiqinin aktual olduğunu qeyd edən Xəlilov bütün bunların iki ölkə arasında dövlət qulluğu və kadr siyasəti ilə əlaqədar səmərəli əməkdaşlığını şərtləndirdiyini deyib.

Nümayəndə heyəti Azərbaycanın Pekindəki səfirliyində Çində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Xəbər lenti

Xəbər lenti