...

Aİ Rəqabət Şurası Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığa dair rəy verib

Siyasət Materials 6 Dekabr 2011 14:30 (UTC +04:00)
Avropa İttifaqının Rəqabət Şurası dekabrın 5-6-da Brüsseldə keçirilən görüşdə "Şərq Tərəfdaşlığı" proqramı ölkələri ilə gömrük sahəsində əməkdaşlıqla bağlı rəy verib.
Aİ Rəqabət Şurası Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığa dair rəy verib

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir E.Mehdiyev/

Avropa İttifaqının Rəqabət Şurası dekabrın 5-6-da Brüsseldə keçirilən görüşdə "Şərq Tərəfdaşlığı" proqramı ölkələri ilə gömrük sahəsində əməkdaşlıqla bağlı rəy verib.

Trend-in Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Aİ Şurası qeyd edir ki, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlıq Proqramı Aİ üçün proritetdir və Aİ və Şərq Tərəfdaşlıq ölkələri arasında daha yaxın siyasi və iqtisadi əməkdaşlıq qurmaq üçün institusional çərçivə yaratmaq məqsədi daşıyır.

Avropa İttifaqı və Azərbaycanın münasibətləri 1990-cı ildə Avropa Komissiyasının MDB ölkələrinə TASIS proqramı çərçivəsində göstərdiyi dəstəklə başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

2009-cu ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti