...

Azərbaycanın istehsal etdiyi silahlar Küveytdə nümayiş etdiriləcək

Siyasət Materials 7 Dekabr 2011 09:56 (UTC +04:00)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Küveytdə keçiriləcək “Körfəz Müdafiə və Aerospeys” sərgisində nümayiş etdiriləcək
Azərbaycanın istehsal etdiyi silahlar Küveytdə nümayiş etdiriləcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Küveytdə keçiriləcək "Körfəz Müdafiə və Aerospeys" sərgisində nümayiş etdiriləcək.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, dekabrın 12-14-də Küveytdə "Körfəz Müdafiə və Aerospeys" adı altında ilk beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Kanada, İspaniya, Pakistan, BƏƏ, CAR olmaqla dünyanın 25 inkişaf etmiş ölkəsindən 100-dən artıq şirkətin qatılacağı sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək.

Sərgidə atıcı və artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif tipli döyüş sursatları ilə yanaşı, ilk dəfə olaraq "Zəfər" və "İnam" tapançalarının və müxtəlif tipli kollimatorların nümayişi də nəzərdə tutulur.

Sərgi zamanı müdafiə sənayesi naziri Yavər Camalovun Küveytin və digər ölkələrin rəsmi nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti