...

Fransada Azərbaycanın ümummilli lideri Heydət Əliyevin vəfatının ildönümü ilə bağlı bir sıra tədbir keçirilib

Siyasət Materials 11 Dekabr 2011 14:02 (UTC +04:00)
Azərbaycanın Fransadakı səfirliyi ulu öndər Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.
Fransada Azərbaycanın ümummilli lideri Heydət Əliyevin vəfatının ildönümü ilə bağlı bir sıra tədbir keçirilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycanın Fransadakı səfirliyi ulu öndər Heydər Əliyevin vəfatının səkkizinci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib. Səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının millət vəkilləri, Fransada təhsil alan tələbələr və müdavimləri, orada yaşayan və çalışan soydaşlarımız anma mərasimində Ulu öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib və Səfirliyin binasında ucaldılan büstün önünə əklillər qoyublar.

Mərasımı giriş sözü ilə açan Azərbaycanın Fransadakı Səfiri Elçin Əmirbəyov Ulu öndərimizin həyatından, Azərbaycan xalqına göstərdiyi qayğıdan, dövlətçiliyinin möhkəmlənməsi və ölkənin inkişafındakı əvəzsiz xidmətlərindən geniş danışıb.

Daha sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvləri, millət vəkilləri Rövşən Rzayev, Rəfayel Hüseynov, Azərbaycan Dövlət Musiqi Akademiyasının rektoru professor Fərhad Bədalbəyli, Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqilliyimizin qorunması naminə apardığı işlərdən, ölkəmizin bütün sahələrə göstərdiyi qayğılardan danışıblar.

Anma mərasimində ehsan süfrəsi açılıb. Daha sonra qonaqlara Qarabağ muğam ustalarının ifasında musiqi proqramı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti