...

BƏƏ-nin Baş nazirinin müavini Azərbaycana səfərə dəvət edilib

Siyasət Materials 14 Dekabr 2011 15:13 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, Prezident işləri üzrə nazir Şeyx Mansur bin Zayed Əl Nəhyan Azərbaycana səfərə dəvət alıb. Baş nazirin müavininə dəvətnaməni görüş zamanı Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov verib.
BƏƏ-nin Baş nazirinin müavini Azərbaycana səfərə dəvət edilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini, Prezident işləri üzrə nazir Şeyx Mansur bin Zayed Əl Nəhyan Azərbaycana səfərə dəvət alıb. Baş nazirin müavininə dəvətnaməni görüş zamanı Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov verib. Bu barədə çərşənbə günü Trend-ə diplomatik nümayəndəlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətinə qiymət verilib, BƏƏ-nin Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

Səfir BƏƏ-nin Baş nazirinin müavinini Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti