...

Türkiyə ilə Ermənistan arasında ortaq komissiyanın yaradılması mümkün deyil - millət vəkili

Siyasət Materials 19 Dekabr 2011 18:26 (UTC +04:00)
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusuf Halaçoğlu Türkiyə ilə Ermənistan arasında 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını qeyri-mümkün hesab edir.
Türkiyə ilə Ermənistan arasında ortaq komissiyanın yaradılması mümkün deyil - millət vəkili

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusuf Halaçoğlu Türkiyə ilə Ermənistan arasında 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını qeyri-mümkün hesab edir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verir.

"Türkiyə ilə Ermənistan arasında 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiyanın yaradılması qeyri-mümkündür", - o deyib.

Halaçoğlu onu da qeyd edib ki, tarix boyu böyük dövlətlər, xüsusən də Fransa və İngiltərə ermənilərdən öz maraqları üçün istifadə ediblər.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti