...

Azərbaycanın Litvada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Siyasət Materials 26 Dekabr 2011 19:53 (UTC +04:00)
Prezident İlham Əliyev Həsən Məmmədzadənin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın Litvada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Prezident İlham Əliyev Həsən Məmmədzadənin Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Həsən Məmmədzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Prezident İlham Əliyev, həmçinin, Nairə Əliabbas qızı Şahtaxtinskayanın Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti