Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seynə təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün Myanma xalqına təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Myanma arasında təşəkkül tapmış münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Theyn Seynə möhkəm cansağlığı, işlərində uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyib.