Azərbaycan, Bakı, 8 yanvar / Trend /
Dörd ildir ki İngiltərədə yaşayan Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəfin ölkəsinə döndüyündə Benazir Bhutto sui-qəsdi istintaqı daxilində saxlanılacağı məlum olub.
CNN Türk məlumat verir ki, Pakistan Ali Məhkəməsi prokuroru Çaudri Zülfikar Ali sabiq Dövlət Başçısının ölkəsinə dönəcəyi təqdirdə Benazir Bhutto sui-qəsdi istintaqı çərçivəsində həbs olunacağını söyləyib.
Pərviz Müşərrəf 2007-ci ildə öldürülən köhnə baş nazirlərdən Benazir Bhutto sui-qəsdində laqeydliyi olmaqla günahlandırılır.
Müşərrəfə yaxın dairələr dünən, köhnə dövlət başçısının bu ayın sonunda ölkəsinə dönərək 2010-ci ildə qurduğu Bütün Pakistan İslam Birliyi Partiyasının başına keçəcəyi bildirilmişdi.
1999-ci ildə ordu generalı olarkən hərbi yolla rəhbərliyi ələ keçirən Müşərrəf, 2008-ci ildə vəzifəsindən ayrılmaq məcburiyyətində qalmış və İngiltərəyə yerləşmişdi.