Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir S. Ağayeva/
Roma papası XVI Benedikt Vatikanın Azərbaycanla münasibətini digər ölkələr üçün yaxşı nümunə hesab edir.
"Vatikan müxtəlif dövlətlərlə münasibəti hər cür inkişaf etdirməyə çalışır və müsbət nümunə qismində Müqəddəs Taxt-Tac Azərbaycanla münasibəti göstərilə bilər", - Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovun bazar ertəsi Trend-ə verdiyi məlumata görə, bu barədə XVI Benedikt Vatikanda akkreditasya olunan diplomatik nümayəndəliklər qarşısında illik çıxışında deyib.
Onun sözlərinə görə, XVI Benedikt ötən il Azərbaycanla imzalanan ölkədə katolik kilsəsinin statusu haqqında ikitərəfli sazişi nümunə göstərib.
Ardından Roma papası ilə təkbətək görüş zamanı o, bir daha qeyd edib ki, Vatikan ikitərəfli münasibətlərə böyük önəm verir və Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydə Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Yeni il təbriklərini göndərib.
Səfir təşəkkürünü bildirib və ölkənin rəhbərliyi adından təkrar olaraq, Roma papasını Azərbaycana səfər etməyə dəvət edib. Dəvət böyük məmnunluqla qəbul edilib.
Ötən ilin iyulunda Vatikanda Apostol sarayında dövlətlərlə münasibət üzrə katib Dominik Mamberti və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tac və Azərbaycan arasında sazişin ratifikasiyası haqqında etimadnamələrin mübadiləsini aparıblar.
Müqəddəs Taxt-Tac və Azərbaycan arasında saziş 2011-ci il aprelin 29-da Bakıda imzalanıb.