...

Azərbaycanda neftin daşınma tarifi artırıldı

Siyasət Materials 11 Yanvar 2012 10:45 (UTC +04:00)
Azərbaycanda neftin daşınma tarifi artırıldı
Azərbaycanda neftin daşınma tarifi artırıldı

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurasından çərşənbə günü Trend-ə bildiriblər ki, iclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında xam neftin nəqli tarifinə (ixrac istisna olmaqla) baxılıb.

Belə ki, Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti və neft kəmərləri sisteminə əsaslı investisiya qoyuluşlarının tələb olunduğu nəzərə alınaraq, 1 ton xam neftin nəql tarifi 6,0 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilib.

Yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, bundan öncə 1 ton xam neftin nəql tarifi 2,6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilmişdi.

Xəbər lenti

Xəbər lenti