Azərbaycan, Bakı, 11 yanvar /Trend/
ABŞ Hərbi Dəniz Qüvvələrinin başda "Avraam Linkoln" çoxhədəfli atom aviadaşıyıcısı olmaqla daha bir aviazərbə qrupu İranın cənub-şərq sahillərini yuyan Ərəb dənizinə yollanıb. Trend-in məlumatına görə, bu barədə Amerika donanması məlumat verib.
Bu həftənin əvvəlində Hind okeanına daxil olan başda "Karl Vinson" atom aviadaşıyıcısının olduğu aviazərbə qrupu da Ərəb dənizinə tərəf istiqamət götürüb. Ötən ilin dekabrında Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxan "Con Stennis" aviadaşıyıcısı da hərbi mühafizə gəmiləri ilə birlikdə oradadır. Bu barədə "İnterfaks" yazır.