Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.Mehdiyev/
ATƏT transmilli təhlükələr üzrə yeni təsisat yaradıb.
Trend-in cümə günü ATƏT-in saytına istinadən yaydığı məlumata görə, təzə yaradılmış təsisatın məqsədi ATƏT-in transmilli təhlükələrə qarşı mübarizəsini gücləndirməkdən ibarətdir.
Yeni təsisat terrorizm, mütəşəkkil cinayətkarlıq, kiber təhlükə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində fəaliyyət göstərəcək.
Təsisatın yaradılması ilə bağlı qərar 2011-ci il dekabrın 7-də ATƏT Nazirlər Şurasının Vilnüsdə keçirilən iclasında verilib.
Nazirlər bu təsisatın yaradılması ilə bağlı ATƏT-in Baş katibi Lamberto Zannyer tərəfindən irəli sürülən təşəbbüsü alqışlayıb.