...

Qazaxıstanda parlament seçkiləri aktiv və sakit şəraitdə davam edir

Siyasət Materials 15 Yanvar 2012 09:52 (UTC +04:00)
Qazaxıstanda Məclisə (parlamentin aşağı palatası) seçkilər aktiv və sakit şəraitdə davam edir.
Qazaxıstanda parlament seçkiləri aktiv və sakit şəraitdə davam edir

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir E.Mehdiyev/

Qazaxıstanda Məclisə (parlamentin aşağı palatası) seçkilər aktiv və sakit şəraitdə davam edir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının katibi Baxıt Meldeşov bildirib.

O, qeyd edib ki, hər iki saatdan bir seçkilərin gedişi ilə bağlı operativ məlumat media nümayəndələrinə, beynəlxalq müşahidəçilərə, siyasi partiyalara və ictimai təşkilatlara təqdim olunacaq.
Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.

Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir

Xəbər lenti

Xəbər lenti