...

Əl-Bəradei Misirdə prezident postu uğrunda mübarizədən geri çəkilib

Siyasət Materials 15 Yanvar 2012 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir E.Mehdiyev/

Misirin aparıcı siyasətçilərindən biri olan Məhəmməd əl-Bəradei prezident postu uğrunda mübarizədən çıxdığını bəyan edib. Trend-in xarici KIV-lərə istinadən verdiyi məlumata görə, MAQATE-nin sabiq Baş katibi Məhəmməd əl-Bəradei Misirdə demokratiyanın çox aşağı səviyyədə olduğunu bildirib.

O, hərbiçilərin hakimiyyətinin fəaliyyətini tənqid edib.

Silahlı Qüvvələrin Ali Şurası Misirdə hakimiyyətə fevralın 11-də Hüsni Mübarəkin kütləvi xalq çıxışları fonunda dövlət başçısı postundan istefa verməsindən sonra gəlib. Hərbçilərə ölkəni idarə etməyi ordunun ənənəvi olaraq Misir cəmiyyətində nüfuza və etimada malik olduğunu nəzərə alan eks-prezidentin özü tapşırıb.

Xəbər lenti

Xəbər lenti