...

Azərbaycan-Gürcüstan qanunverici orqanları arasında əməkdaşlığın inkişafı müzakirə olunacaq

Siyasət Materials 16 Yanvar 2012 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Gürcüstan Parlamenti sədrinin müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 17-də Azərbaycana səfərə gələcək.

Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfərdə məqsəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafına, eləcə də digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində Gürcüstan parlament nümayəndə heyətinin üzvləri Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri, Milli Məclisin sədri Oqtay Əsədovla, və Səhiyyə və İqtisadi İnkişaf nazirliklərində bir sıra görüşlər keçirəcəklər.

Gürcüstan Parlamentinin deputatları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti