...

Xəzəryanı dövlətlərin Bakı sammitindən sonra prezidentlərin qərarları yerinə yetirilmir - Rusiya XİN

Siyasət Materials 18 Yanvar 2012 13:48 (UTC +04:00)
Xəzəryanı dövlətlərin Bakı sammitindən sonra prezidentlərin qərarları yerinə yetirilmir.
Xəzəryanı dövlətlərin Bakı sammitindən sonra prezidentlərin qərarları yerinə yetirilmir - Rusiya XİN

Azərbaycan, Bakı, 18 yanvar /Trend müxbir E.Tariverdiyeva/

Xəzəryanı dövlətlərin Bakı sammitindən sonra prezidentlərin qərarları yerinə yetirilmir. Trend-in "Rossiya 24" kanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin nəticiləri üzrə yerli və xarici KİV üçün keçirilən mətbuat konfransında deyib.

"Orada nərə balığının ovlanmasına moratorium haqqında iki əsas qərar olub, indiyə qədər bunu etmək mümkün olmayıb. Bu, Rusiya və ya Azərbaycanın günahı deyil", - o bildirib.

Lavrovun sözlərinə görə, ikinci saziş Xəzərin statusu çərçivəsində sahilyanı zonaların yaradılması üzrə prinsipial razılığa aid olub.

"Biz məsləhətləşmələri davam etdiririk və artıq zonaların eni üzrə razılığa gəlmişik, lakin digər məsələlər, o cümlədən də sülh keçidi hüququ məsələsi üzrə hərəkət etmək vacibdir. Burada məqsəd bütün dövlətlərin hərbi gəmilərinin bu zonaları sakit keçə bilməsidir" , - nazir bildirib.

Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin növbəti sammiti Moskvada keçirilə bilər, sammitin tarixi isə daha sonra məlum olacaq.

Sahilyanı dövlətlər (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran) 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərin istifadə edilməsi üzrə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında saziş imzalanıb. 2002-ci ilin mayında isə mövcud saziş üzrə protokol da imzalanıb. 2001-ci ilin noyabrı 29-da və 2003-cü ilin fevralın 27-də Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalayıblar.

Həmçinin Qazaxıstan, Azərbaycan və Rusiya 2003-cü ilin mayın 14-də Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti