Azərbaycan, Bakı, 18 yanvar/Trend/
Azərbaycan-İraq münasibətləri uğurla inkişaf edir, siyasi dialoq genişlənir, burada parlamentlərarası əlaqələrin böyük rolu var. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın parlament komitəsinin sədri Hammam Hamudi ilə görüşdə deyib.
Məmmədyarovun sözlərinə görə, İraq parlament nümayəndə heyətinin Bakıya səfəri ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə İraqın indiki iqtisadi vəziyyəti, ölkədə gedən proseslər, iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.
İraq parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri çərşənbə axşamı başlayıb. Səfərdə məqsəd münasibətlərin inkişafı məsələlərinin müzakirəsidir.