...

Məmmədyarov və Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlığı müzakirə ediblər

Siyasət Materials 20 Yanvar 2012 12:13 (UTC +04:00)
Moskvada RF XİN-in rəhbəri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə hazırlığı müzakirə ediblər.
Məmmədyarov və Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünə hazırlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Moskvada RF XİN-in rəhbəri Sergey Lavrov və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə hazırlığı müzakirə ediblər. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən yazır.

"Tərəflər gündəlikdəki ikitərəfli aktual məsələləri, eləcə də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması problematikası üzrə qarşıdakı görüşünə hazırlığı müzakirə ediblər", - RF XİN-dən nazirlərin görüşünün yekunlarına dair məlumat verilib.

Lavrov və Məmmədyarov Rusiya Federasiyası ilə Azərbaycan Respublikası hökuməti arasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı şəkildə daşınmaz əmlakın verilməsi barədə saziş imzalayıblar.

Xəbər lenti

Xəbər lenti