...

Azərbaycan Prezidenti Goranboy rayonunda təmas xəttindəki hərbi hissədə olub (FOTO)

Siyasət Materials 22 Yanvar 2012 21:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki “N” saylı hərbi hissədə olmuşdur.
Azərbaycan Prezidenti Goranboy rayonunda təmas xəttindəki hərbi hissədə olub (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissədə olmuşdur.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşdü.

Xəbər lenti

Xəbər lenti