...

Rusiyadakı azərbaycanlı miqrantların öz rəsmi bayram günlərində istirahətinə icazə verilə bilər

Siyasət Materials 25 Yanvar 2012 17:59 (UTC +04:00)
RF hökuməti cümə axşamı keçiriləcək iclasda Azərbaycan hökuməti ilə əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə sazişin imzalanması haqqında məsələyə baxacaq.
Rusiyadakı azərbaycanlı miqrantların öz rəsmi bayram günlərində istirahətinə icazə verilə bilər

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

RF hökuməti cümə axşamı keçiriləcək iclasda Azərbaycan hökuməti ilə əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə sazişin imzalanması haqqında məsələyə baxacaq. Trend-in məlumatına görə, bu barədə iclasın materiallarında məlumat verilir.

Sazişin imzalanması haqqında sərəncam layihəsi Rusiya Federal Miqrasiya Xidməti tərəfindən gündəliyə çıxarılıb. Bu barədə çərşənbə günü Trend "RİA Novosti"yə istinadən məlumat verir.

"Mövcud sazişin məqsədləri əmək miqrasiya axınlarının səmərəli tənzimlənməsi, onların həcmlərini, istiqamətlərini uyğun səviyyəyə çatdırmaq və tərəf dövlətlərin sosial-iqtisadi inkişafının maraqlarının tərtibi; onların milli maraqları nəzərə alınmaqla tərəf dövlətlərin əraziləri üzrə xarici işçi qüvvəsinin yerdəyişməsi üçün əlverişli şəraitin təminatıdır", - materiallarda qeyd edilir.

Saziş layihəsi müəyyən edir ki, əmək müqaviləsi üzrə işləyən miqrant istirahət vaxtına və işə götürənlə bağlanan müqavilə üzrə daimi yaşayışa malik miqrant dövlətin rəsmi bayramlarında işdən azad edilmə hüququna malikdir. O, həmçinin ödəniş və əmək şəraiti hüququna malikdir. Bunlar miqrantın işləməsinin təmin edildiyi dövlətlərin vətəndaşları üçün nəzərdə tutulan hüquqlardan az və daha əlverişsiz olmamalıdır.

Xəbər lenti

Xəbər lenti