Yanvarın 26-da Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olub.
Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirildi və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olunub.
Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.