...

Prezident İlham Əliyev Misir Silahlı Qüvvələrinin Ali Şurasının sədrinə başsağlığı verib

Siyasət Materials 3 Fevral 2012 18:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri marşal Məhəmməd Hüseyn Tantaviyə başsağlığı verib.
Prezident İlham Əliyev Misir Silahlı Qüvvələrinin Ali Şurasının sədrinə başsağlığı verib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri marşal Məhəmməd Hüseyn Tantaviyə başsağlığı verib.

"Port-Səid şəhərindəki stadionda baş vermiş iğtişaşlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - Trend-in məlumatına görə, Prezidentin başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti