Azərbaycan, Bakı, 3 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksanı təbrik edib.
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər bundan sonra da öz inkişafını dostluq və əməkdaşlıq məcrasında davam etdirəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - Trend-in məlumatına görə, İlham Əliyevin təbrik məktubunda deyilir.