...

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb (FOTO)

Siyasət Materials 5 Fevral 2012 00:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şənbə günü Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşmüşdür.

Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti