...

Argentina xarici işlər naziri martın əvvəlində Azərbaycana səfər edəcək

Siyasət Materials 11 Fevral 2012 13:15 (UTC +04:00)
Argentina xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir
Argentina xarici işlər naziri martın əvvəlində Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin martın 2-də Argentina xarici işlər naziri Ektor Timermanın Azərbaycana səfəri gözlənilir. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda səfərdə olan Argentinanın turizm naziri Karlos Enrike Meyer jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu səfər çərçivəsində iki ölkənin müvafiq nazirlikləri arasında müqavilənin imzalanması da planlaşdırılır. Viza məsələləri müzakirə olunacaq

Meyer bildirib ki, səfər çərçivəsində Argentinanın Azərbaycanda səfirliyinin açılması gözlənilir.

Fevralın 11-də Meyer Azərbaycanda səfərdədir.

Xəbər lenti

Xəbər lenti