...

Azərbaycan nüvə sammitində iştirak etməklə Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verəcək - səfir

Siyasət Materials 14 Fevral 2012 18:51 (UTC +04:00)
Azərbaycan Seulda keçiriləcək II nüvə təhlükəsizliyi sammitində iştirak etməklə beynəlxalq aləmdə dünyanın təhlükəsizliyini üzərinə götürən ölkələrdən birinə çevrilmiş olacaq və Cənubi Qafqazın təhlükəsizliyinə öz töhfəsini verəcək.
Azərbaycan nüvə sammitində iştirak etməklə Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verəcək - səfir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Seulda keçiriləcək II nüvə təhlükəsizliyi sammitində iştirak etməklə beynəlxalq aləmdə dünyanın təhlükəsizliyini üzərinə götürən ölkələrdən birinə çevrilmiş olacaq və Cənubi Qafqazın təhlükəsizliyinə öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında Koreyanın Azərbaycandakı səfiri Li Ji-Ha deyib.

Bu il martın 26-27-də Seulda keçiriləcək II nüvə təhlükəsizliyi sammitində 50 ölkə və dörd beynəlxalq təşkilat təmsil olunacaq.

Səfirin sözlərinə görə, sammitdə üç əsas mövzu müzakirə olunacaq.

"Bunlar nüvə təhlükəsinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi, nüvə materiallarının effektiv qorunması, nüvə materiallarının qanunsuz alverinin qarşısının alınmasıdır. Bundan başqa, müzakirə olunacaq mövzular sırasında radioaktiv maddələrinin qorunması da var", - o deyib.

Li Ji-Ha qeyd edib ki, konfransda iştirak edən prezidentlərin xanımları üçün xüsusi proqram tərtib olunub və nüvə simpoziumu da keçiriləcək.

"Azərbaycan son illər nüvə təhlükəsizliyi sahəsində çox işlər görüb. Xəzərdə təhlükəsizliklə bağlı Xəzəryanı dövlətlərlə əməkdaşlıq edib. Koreya da bunları nəzərə alaraq, Azərbaycanı sammitə dəvət edib", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti