...

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

Siyasət Materials 16 Fevral 2012 07:01 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı Səfiri, Azərbaycanın Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Daimi Müşahidəçisi Elin Süleymanov təşkilatın Baş katibi Xose Migel İnsulza ilə görüşmüşdür. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Azərbaycanın ABŞ-dakı səfiri Amerika Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Azərbaycanın ABŞ-dakı Səfiri, Azərbaycanın Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Daimi Müşahidəçisi Elin Süleymanov təşkilatın Baş katibi Xose Migel İnsulza ilə görüşmüşdür. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə ADT arasındakı əməkdaşlıq və Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri əsas müzakirə mövzuları olmuşdur.

Səfir Azərbaycanın ADT ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edərək, bu əməkdaşlığın daha da genişləndirilməsinin faydalı olacağını bildirmişdir. Baş katib Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini vurğulayaraq, təşkilatın müxtəlif proqramlarına Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

Səfir, həmçinin, son illərdə Azərbaycanın Latın Amerikasında diplomatik təmsilçiliyinin daha da genişləndirildiyini, hazırda Argentina və Meksikada Azərbaycan səfirliklərinin fəaliyyət göstərdiyini və bu yaxınlarda Braziliyada səfirliyin fəaliyyətə başlayacağını diqqətə çatdıraraq, bunun Azərbaycan rəhbərliyinin region ölkələri ilə münasibətlərə verdiyi önəmin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti