...

Azərbaycanın bəzi müxalif partiyaları münasibətlərini rəsmləşdirməyə tələsmir

Siyasət Materials 20 Fevral 2012 14:59 (UTC +04:00)
Müxalifət düşərgəsindən olan Azərbaycan Yaşıllar, Vətəndaş və İnkişaf Partiyası və Liberal partiyaları öz münasibətlərini müəyyən format çərçivəsinə salmağa tələsmir.
Azərbaycanın bəzi müxalif partiyaları münasibətlərini rəsmləşdirməyə tələsmir

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsindən olan Azərbaycan Yaşıllar, Vətəndaş və İnkişaf Partiyası və Liberal partiyaları öz münasibətlərini müəyyən format çərçivəsinə salmağa tələsmir.

VİP sədri Əli Əliyev Trend-ə açıqlamasında bildirib ki, partiyaların əsas məqsədi zəruri olan aman münasibətləri rəsmiləşdirməkdir.

"Biz əməkdaşlıq haqqında işlərimizi görürük. Biz elan etmək xatirinə münasibətlərimizi rəsmiləşdirməyə tələsmirik. Onsuz da bizim əməkdaşlığımız, birgə fəaliyyətimiz parlament seçkilərindən bəri davam edir. Biz çalışırıq ki, bu əməkdaşlıq üç partiya çərçivəsində olmasın, daha geniş əməkdaşlıq formatları əldə edə bilək", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə bəzi məsləhətləşmələr aparılır.

"Hazırda bu işlərin yekunlaşmasını gözləyirik. Bundan sonra nəticə barədə bəyanat veriləcək", - Əliyev deyib.

O, müxalifət düşərgəsində birləşməni müsbət qiymətləndirsə də, Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi blokunun müxalifət partiyalarına birliklə bağlı ünvanladığı məktubun sədrlik etdiyi partiyaya gəlmədiyini deyib.

Əliyev bunu sədirlik etdiyi partiyanın mövqeyi ilə "Qarabağ" blokunun mövqeyində müəyyən fərqlərin olması ilə əlaqələndirib.

"Bizim "Qarabağ" bloku ilə münasibətlərimiz normaldır. Sadəcə olaraq, Vətəndaş Hərəkatı Forumu çərçivəsində gündəmə bir məsələ çıxdı. Prezident seçkilərinə qədər olan siyasi təqvimdə proseslərin ardıcıllığına münasibət baxımından onların mövqeyi ilə bizim partiyaların mövqeyində fərqlilik var", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti