...

Azərbaycan və Türkmənistanın münasibətləri daha səmərəli olacaq - Baş nazir

Siyasət Materials 21 Fevral 2012 13:49 (UTC +04:00)
Azərbaycanın Baş naziri Artur Rasizadə Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubunda əminliyini bildirib ki, iki ölkə arasındakı münasibətlər daha səmərəli və çoxplanlı olacaq.
Azərbaycan və Türkmənistanın münasibətləri daha səmərəli olacaq - Baş nazir

Türkmənistan, Aşqabad, 21 fevral /Trend müxbir H.Həsənov/

Azərbaycanın Baş naziri Artur Rasizadə Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubunda əminliyini bildirib ki, iki ölkə arasındakı münasibətlər daha səmərəli və çoxplanlı olacaq.

"Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın möhkəmləndirilməsində Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əminliyimi bildirirəm ki, ölkələrimiz arasındakı xoş tərəfdaşlıq münasibətləri gələcəkdə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək, daha səmərəli və çoxplanlı olacaq", - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı yerli KİV-də dərc edilən məktubda deyilir.

"Sizin Türkmənistan Prezidenti vəzifəsinə yenidən seçilməniz münasibətilə ən səmimi təbriklərimi və ən yaxşı arzularımı qəbul edin. Hörmətli Qurbanqulu Məlikquliyeviç səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əminamanlıq, qardaş Türkmənistan xalqı naminə səmərəli fəaliyyətdə uğurlar arzulayıram", - məktubda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti