Azərbaycan, Bakı, 21 fevral /Trend/
ABŞ-ın Missisipi ştatında çərşənbə axşamı "Türkiyə, Azərbaycan və Missisipi biznes forumu", həmçinin "Türkiyə, Azərbaycan və Missisipi dostluq görüşü" keçiriləcək.
Trend-in Milli Məclisin rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirlərdə deputatlar Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak edəcəklər.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ABŞ, Türkiyə və Azərbaycan xalqları arasında mövcud münasibətlərin səviyyəsi, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi imkanları, təhsil, mədəniyyət sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.