...

Təəssüf ki, Jirinovski kimi "siyasətçilər" Rusiyada hakimiyyətdədir - politoloq

Siyasət Materials 23 Fevral 2012 16:56 (UTC +04:00)
Jirinovski kimi "siyasətçilər"in Rusiya qanunvericilik orqanının rəhbərliyində təmsil olunması böyük təəssüf hissi doğurur. Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov belə düşünür.
Təəssüf ki, Jirinovski kimi "siyasətçilər" Rusiyada hakimiyyətdədir - politoloq

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir S.Ağayeva/

Jirinovski kimi "siyasətçilər"in Rusiya qanunvericilik orqanının rəhbərliyində təmsil olunması böyük təəssüf hissi doğurur. Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov belə düşünür.

"Jirinovski kimi insanın Rusiyanın mədəni, güclü və Azərbaycanla dost olan siyasi elitasının müəyyən hissəsi arasında hələ də nüfuza malik olması böyük təəssüf hissi doğurur. Əlbəttə ki, bu, Jirinovski kimi "siyasətçilər"in meydana çıxması üçün şərait yaradanlara başucalığı gətirmir. Çünki onun kloun çıxışları, cəmiyyətdə təlxək davranışları və ümumiyyətlə, ifadələri, habelə siyasi proqramı əsl kloun tamaşasıdır", - cümə axşamı Trend-ə politoloq deyib.

Ölkə prezidentliyinə namizəd, Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə Ermənistanın müdafiəsinə qalxaraq qeyd edib ki, əgər Ermənistan xahiş etsə, Rusiya "hamını Fars körfəzinə qədər dağıdacaq".

Sadıxovun sözlərinə görə, təəssüf ki, olduqca ciddi və müdrik siyasətçilərin çıxdığı, çox ciddi siyasi və elmi elitanın formalaşdığı Rusiya cəmiyyətində Jirinovski kimilərinə və onun partiyasına dözürlər, habelə, onun ilk növbədə MDB-yə daxil olan və digər ölkələrin ünvanına dediklərinə sakit reaksiya göstərirlər.

Politoloqun sözlərinə görə, ancaq təəssüf etmək qalır ki, Jirinovski kimi insanlar ölkənin prioritetlərini müəyyənləşdirənlərin yaxın dairəsinə daxildir.

Sadixovun fikrincə, özünə, dəyərlərinə, tarixinə hörmət edən və mədəni cəmiyyətə can atan ölkə Jirinovski kimilərə dözməli deyil.

"Bu, təkcə onun belə ifadələri işlətdiyi ünvanlar üçün deyil, öncə təmsil etdiyi ölkə üçün çox ciddi bəla və böyük problemdir", - o deyib.

Politoloq yekunda bildirib ki, Rusiyanın daxili və xarici siyasətinin iri məsələləri üzrə yekun qərarın Jirinovskidən asılı olmaması sevindirici haldır.

Xəbər lenti

Xəbər lenti