...

Pakistan Azərbaycana hərbi sahədə ehtiyacı olan bütün dəstəyi verməyə hazırdır

Siyasət Materials 29 Fevral 2012 14:01 (UTC +04:00)
Pakistan Azərbaycana hərbi sahədə ehtiyacı olan bütün dəstəyi verməyə hazırdır.
Pakistan Azərbaycana hərbi sahədə ehtiyacı olan  bütün dəstəyi verməyə hazırdır

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

Pakistan Azərbaycana hərbi sahədə ehtiyacı olan bütün dəstəyi verməyə hazırdır. Trend-in məlumatına görə, bunu Bakıda Milli Məclisdə keçirilən mətbuat konfransında Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali deyib.

"Pakistan nüvə dövlətidir. Döyüş təyyarələri, tanklar, döyüş gəmiləri istehsal edir. İnvestisiya yatırılarsa, bu sahədə əməkdaşlıq genişləndirilə bilər", - Camali əlavə edib.

Onun sözlərinə görə, Pakistan Ali Qərargah rəisi hazırda Bakıdadır və görüşlər keçirəcək.

"Pakistanın hərbi əməkdaşlıq sahəsində Türkiyə ilə yaxşı əlaqələri var. Bu əlaqələr Azərbaycanla da qurula bilər", - Senatın sədr müavini bildirib.

Xəbər lenti

Xəbər lenti