...

Fransa parlamenti seçkilərə kimi "erməni soyqırımı" ilə bağlı yeni qanunun müzakirəsini çatdırmaya bilər

Siyasət Materials 29 Fevral 2012 16:26 (UTC +04:00)
Fransa Milli Yığıncağı növbəti parlament seçkilərinədək qondarma "erməni soyqırımı" ilə bağlı qanunun ikinci variantının müzakirəsini çatdırmaya bilər.
Fransa parlamenti seçkilərə kimi "erməni soyqırımı" ilə bağlı yeni qanunun müzakirəsini çatdırmaya bilər

Azərbaycan, Bakı, 29 fevral /Trend/

Fransa Milli Yığıncağı növbəti parlament seçkilərinədək qondarma "erməni soyqırımı" ilə bağlı qanunun ikinci variantının müzakirəsini çatdırmaya bilər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə parlamentin Aşağı palatasının mətbuat xidmətinin nümayəndəsi bildirib.

"Hələlik sənəd proqrama daxil edilməyib, yer yoxdur. Ola bilsin ki, Prezident Milli Yığıncağın iş qrafikini dəyişməsi üçün tədbirlər görsün. Lakin hələlik məndə belə məlumat yoxdur. Milli Yığıncaqda və Senatda qanun layihəsinin oxunuşu üçün bizdə artıq vaxt yoxdur. Parlamentin işi martın 6 və ya 7-də başa çatır", - Milli Yığıncağın nümayəndəsi deyib.

Onun sözlərinə görə, Fransanın hazırkı parlamentinin səlahiyyət müddəti iyunun 19-da başa çatır, onun işi iyunun 25-dən, yəni növbəti parlament seçkilərinin keçirilməsindən sonra bərpa olunacaq.

Fransa Konstitusiya Şurası çərşənbə axşamı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Bu qərardan sonra Fransa Prezidenti Nikola Sarkozi hökumətə "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasını tapşırıb.

Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etmişdi. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs vermişdi. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti