...

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Siyasət Materials 2 Mart 2012 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu ünvanlayıb.

"Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, bir çox sahələri əhatə edən ikitərəfli əməkdaşlığımız və çoxşaxəli əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Rosen Plevneliyevə möhkəm cansağlığı, işlərində uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti