Azərbaycan, Bakı, 4 mart /Trend/
Bu gün Rusiyada prezident seçkiləri başlayıb.
Trend-in məlumatına görə, səsvermə yerli vaxtla saat 8:00-dan 20:00-a qədər keçirilir.
İlk dəfə altı il müddətinə keçirilən dövlət başçısı vəzifəsi uğrunda Baş nazir Vladimir Putin, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Züqanov, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, Ədalətli Rusiya Partiyasından Sergey Mironov və müstəqil namizəd Mixail Proxorov mübarizə aparırlar.
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələrinə martın 14-dən gec olmayaraq yekun vurmalı, martın 17-ə qədər isə nəticələr rəsmən dərc edilməlidir. Hazırki seçkilərdə seçilən Rusiya Federasiyası (RF) Prezidenti vəzifəsinə mayın 7-də başlamalıdır.