...

Putin prezident seçkilərində qalib elan edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Mart 2012 10:30 (UTC +04:00)
RF Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov seçkilərin ilkin nəticələrinə əsaslanaraq, Vladimir Putinin RF Prezident seçkilərinin ilk tutunda qalib gəldiiyni elan edib.
Putin prezident seçkilərində qalib elan edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 mart / Trend /

RF Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov seçkilərin ilkin nəticələrinə əsaslanaraq, Vladimir Putinin RF Prezident seçkilərinin ilk tutunda qalib gəldiiyni elan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

MSK-nın protokolların 99,3 faizini hesablamasından sonra Putin səslərin 63,75 faizini, Gennadi Zyuqanov 17,19 faizini, Mixail Proxorov 7,82 faizini toplayıb. Vladimir Jirinovski hələlik 6,23 faiz, Sergey Mironov isə 3,85 faiz səs toplayıb.

"İlikin nəticələrə görə, Vladimir Vladimiroviç Putin RF Prezidenti seçilib", - Çurov bazar ertəsi mətbuat konfransında deyib.

MSK sədri bu bəyanatı verdikdən sonra seçki komissiyasının üzvləri əl çalmağa başlayıblar. MSK-nın mətbuat mərkəzindəki müşahidəçilər və jurnalistlər də onlara qoşulub.

Xəbər lenti

Xəbər lenti