...

Beynəlxalq ictimaiyyət Azərbaycana münasibətinin dəyişilməsi istiqamətində Ermənistana kömək etməlidir – politoloq

Siyasət Materials 5 Mart 2012 12:19 (UTC +04:00)
Beynəlxalq ictimaiyyət Azərbaycana münasibətinin dəyişilməsi istiqamətində Ermənistana kömək etməlidir. Bu barədə bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Beynəlxalq ictimaiyyət Azərbaycana münasibətinin dəyişilməsi istiqamətində Ermənistana kömək etməlidir – politoloq

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir M.Əliyev/

Beynəlxalq ictimaiyyət Azərbaycana münasibətinin dəyişilməsi istiqamətində Ermənistana kömək etməlidir. Bu barədə bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaq potensialına malik deyil. Çünki bu ölkənin rəhbərləri ətraflarında baş verənləri qavraya bilmirlər", - o deyib.

Əhmədoğlu qeyd edib ki, Ermənistan Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməyə icazə verdikdən bir az sonra iştirakdan imtina etməyə hazırlaşır, indi isə bir qrup müğənni Ermənistanın müsabiqədə iştirakdan imtina etmək məsələsini gündəmə gətirib.

"Əsas səbəb kimi azərbaycanlı hərbiçinin erməni hərbiçisini öldürməsi göstərilsə də, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin "erməni versiyasında siyahısı" da sadalanır. Erməni hərbiçisinin ölümünə Müdafiə Nazirliyi əməkdaşlarının reaksiyası ilə eyni vaxtda və ya bəlkə də ondan qabaq erməni müğənnilərinin reaksiya verməsi absurddur və qeyri-mümkündür. Belə alınır ki, 20 erməni müğənnisi oturub erməni hərbiçisinin Azərbaycan hərbçisi tərəfindən güllələnməsini gözləyirmiş. Güllələnmə baş verən kimi razılıq alıb, sənədi hazırlayıb imzalayıb, mətbuata ötürüblər. Sonradan erməni hərbçisinin ermənilər tərəfindən öldürüldüyü bəlli olsa da, etirazçı müğənnilər mövqeyini dəyişməyiblər", - o deyib.

Politoloq həmçinin vurğulayıb ki, Ermənistanda hələ əvvəlki illərdə müğənnilər arasında "Eurovision" mahnı müsabiqəsində iştirak etməklə bağlı narazılıq mövcuddur. "Erməni müğənnilərin fikrincə, 2011-ci ildə Ermənistanı bu müsabiqədə layiq olan yox, hansısa oliqarxın dəstəklədiyi müğənni təmsil etdi və uduzdu. İndi də müğənnilər arasında həmin nigarançılıq mövcuddur. Ermənistanda "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək müğənni seçilmir, təyin edilir. Rəsmi Yerevan bu metodu müğənni təyinatı üçün məqbul variant kimi müəyyən edib", - o bildirib.

Əhmədoğlunun sözlərinə görə, belə vəziyyət rəsmi Yerevanın digər tələbi ilə də əlaqəli ola bilər. "İndi rəsmi Yerevan Azərbaycanla dialoqa meyilli deyil. Azərbaycanla dialoq rəsmi Yerevanın Dağlıq Qarabağ tənzimlənməsi istiqamətində apardığı işlərə zərər vurur", - o deyib.

Xəbər lenti

Xəbər lenti