...

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 6 Mart 2012 16:56 (UTC +04:00)
Martın 6-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Martın 6-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.

Trend-in məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulandı.

Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Xəbər lenti

Xəbər lenti