...

Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 7 Mart 2012 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, on iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti