Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü həm regional, həm də beynəlxalq baxımdan əhəmiyyətli bir görüş idi. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami deyib.
Bəhrami bildirib ki, bu üçtərəfli görüşün hər üç ölkə tərəfindən dəstəklənməsi üç ölkə arasındakı münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, üç qardaş müsəlman ölkəsinin dünya proseslərində əhəmiyyətli yeri var.
"Həm İran, həm Türkiyə, həm də Azərbaycanın inkişafının beynəlxalq səviyyədə mühüm təsiri ola bilər. Bu üçtərəfli görüşdə bəzi ikitərəfli məsələlər də müzakirə olunub", - səfir deyib.