...

Oqtay Əsədov: Türk birliyini gücləndirmək lazımdır

Siyasət Materials 13 Mart 2012 14:59 (UTC +04:00)
Türk birliyinin möhkəmləndirilməsi üzrə işlərin fəallaşdırılması vacibdir.
Oqtay Əsədov: Türk birliyini gücləndirmək lazımdır

Azərbaycan, Bakı, 13 mart / Trend, müxbir A.Tağıyeva /

Türk birliyinin möhkəmləndirilməsi üzrə işlərin fəallaşdırılması vacibdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin spikeri Oqtay Əsədov Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağla görüşündə bildirib.

"Türk birliyi türk dünyasının güclənməsi və inkişafı işində daha fəal olmalıdır", - Əsədov deyib.

O qeyd edib ki, Azərbaycan bütün dünyanın onun fikri ilə hesablaşdığı dövlətə çevrilir.

Əsədovun sözlərinə görə, türk dövlətləri sülhün və stabilliyin, regionun iqtisadi inkişafının möhkəmlənməsi üçün öz strateji və iqtisadi imkanlarından birgə istifadə etməlidirlər.

Öz növbəsində Bozdağ qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri uğurla inkişaf edir. Onun sözlərlinə görə, Azərbaycanın uğurları, o cümlədən BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi Türkiyəni sevindirir.

"Azərbaycan BMT Təhlükəsizlik Şurasına daxil oldu. Bu, böyük uğurdur, çünki Azərbaycanın müstəqillik tarixinin cəmi 20 yaşı var. Elə ölkələr var ki, onlar artıq 50 ildir BMT-nin üzvü olsalar da, hələ də BMT TŞ-yə seçilə bilməyiblər", - o deyib.

Xəbər lenti

Xəbər lenti