...

Əli Əhmədov: Azərbaycanda ali məktəblərin sayı artırılmalıdır

Siyasət Materials 16 Mart 2012 13:26 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin sayı və iş yerləri artırılmalıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.
Əli Əhmədov: Azərbaycanda ali məktəblərin sayı artırılmalıdır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ali məktəblərin sayı və iş yerləri artırılmalıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, son 20 il ərzində Azərbaycanda əhalinin sayı 2 milyon nəfər artıb, bu da ildə əhalinin təxminən 100 min nəfər artması deməkdir. "Əgər hazırda ali təhsilə əhalinin 30 faizi cəlb olunursa, gələcəkdə indiki plan üzrə cəmi 25 faiz cəlb olunacaq ki, bu da inkişaf etmiş dünya ilə ayaqlaşmır", - Əhmədov deyib.

Hakim partiyanın sədr müavini qeyd edib ki, Azərbaycanın 2020-ci il üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında ali təhsil müəssisələrinin sayının artırılması və ali təhsil alanların faizinin 50 faizə çatdırılması qeyd olunmalıdır.

O həmçinin qeyd edib ki, əhalinin təxminən ildə 100 min nəfər artması ilə iş yerləri də müvafiq olaraq 100 minədək artırılmalıdır.

Xəbər lenti

Xəbər lenti