...

Türkiyə Suriyadakı səfirliyini bağlayır

Siyasət Materials 16 Mart 2012 15:07 (UTC +04:00)
Türkiyə Suriyada fəaliyyət göstərən səfirliyini martın 22-də bağlayacaq.
Türkiyə Suriyadakı səfirliyini bağlayır

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Suriyada fəaliyyət göstərən səfirliyini martın 22-də bağlayacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti diplomatik mənbələrə istinadən məlumat verib. Buna baxmayaraq Türkiyənin Hələbdəki konsulluğu öz fəaliyyətinə davam edəcək.

Eyni zamanda, Ankara Suriyadakı bütün Türkiyə vətəndaşlarını geri çağırıb.

Qeyd edək ki, ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

BMT-nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 7 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti