...

Göygöl rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 16 Mart 2012 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Göygöl rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 16 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xəqani-Cümşüdlü-Haçaqaya avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Göygöl rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti