...

Meksikada Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

Siyasət Materials 24 Mart 2012 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend/

Meksika Konqresinin Deputatlar Palatasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə səfir İlqar Muxtarov, İran və İraq səfirləri, Meksika Konqresinin üzvləri və rəhbər işçiləri, Meksikanın Dini Dözümlülük və Vicdan Azadlığı Daimi Kampaniyasının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfiri Muxtarov çıxışında qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında "Beynəlxalq Novruz Günü" qətnaməsi qəbul olunub. Səfir bu bayramın Azərbaycanda min illərlə ölçülən tarixi kökləri, adətləri, həmçinin özünəməxsusluğu və müxtəlifliyi ilə seçilən xüsusiyyətləri haqqında dinləyicilərə məlumat verib.

Daha sonra konfrans iştirakçılarına Novruz bayramı haqqında Azərbaycan səfirliyi tərəfindən hazırlanmış təqdimat nümayiş etdirilib, Novruz bayramının tarixi və xüsusiyyətləri barədə əlavə məlumatlar verilib.

Konqresin deputatı Ramon Ximenez Lopez beynəlxalq Novruz bayramı münasibətilə diplomatik nümayəndəliklərin rəhbərlərini və onların təmsil etdikləri ölkələrin xalqlarını təbrik edib.

Azərbaycanın dünyəvi ölkə olduğunu diqqətə çatdıran səfir qadınların ölkəmizin siyasi, mədəni, sosial-ictimai quruculuğunda xüsusi rol oynadığını bildirib. Muxtarov 1918-ci ildə Azərbaycan qadınlarına dünyanın bir çox inkişaf etmiş ölkələrindən öncə səsvermə hüququnun verilməsi və hazırda da qadınların ölkənin siyasi həyatında əhəmiyyətindən bəhs edib.

Toplantıda Meksika Konqresinin televiziya kanalının nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti