Azərbaycan, Bakı, 28 mart /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/
Rəsmi Tehran Türkiyədə "altılıq" və İran arasında danışıqların keçirilməsini dəstəkləyir. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi İranda rəsmi səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bəyan edib.
Rəhimi, həmçinin Türkiyə və İran arasında ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyini qeyd edib.
"Ölkələr arasında iqtisadi münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün heç bir maneə yoxdur", - o bildirib.