...

Rəsmi Bakı Dağlıq Qarabağ probleminin həllində Rusiyadan çox şey gözləyir

Siyasət Materials 29 Mart 2012 11:27 (UTC +04:00)
Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil, növbəti illər üçün münasibətlərimizin qarşısında duran prioritetlərin müəyyən olunması istiqamətində, qarşılıqlı şəkildə maraqlara daxil olan məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir.
Rəsmi Bakı Dağlıq Qarabağ probleminin həllində Rusiyadan çox şey gözləyir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil, növbəti illər üçün münasibətlərimizin qarşısında duran prioritetlərin müəyyən olunması istiqamətində, qarşılıqlı şəkildə maraqlara daxil olan məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul olunur və həyata keçirilir", - Həsənov əlavə edib.

PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik.

"Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm Ermənistan üzərindəki mövcud təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında, Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir. İstədiyi istiqamətə bu dövləti yönəldə bilər, istənilən məsələdə konstruktivliyə yönəldə bilər. Bu anlamda Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. Güman edirik ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il ciddi bir irəliləyişi müşahidə edəcəyik", - Həsənov bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-4-də Azərbaycana rəsmi səfər edəcək.

Xəbər lenti

Xəbər lenti